Hizbullahın İsrail tərəfindən öldürülmüş rəhbəri Həsən Nəsrullahın Tehran şəhərinin müxtəlif yerlərində quraşdırılan böyük posterləri yandırılıb.
Axar.az xəbər verir ki, bu barədə sosial media platformalarında videolar paylaşılıb.
Bildirilib ki, bu, Əli Xameneinin bu gün cümə namazındakı çıxışı öncəsi təhlükəsizlik tədbirlərinin gücləndirildiyi ilə eyni vaxtda baş verib.