Ermənistanın qisas haqqında düşünməsini düzgün hesab etmirəm.
İrəvanın qisas almaq haqqında danışması sadəcə intihardır.
Axar.az xəbər verir ki, bunu erməni əsilli rusiyalı rejissor Karen Şahnazarov “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Belə bir ssenari Cənubi Qafqazı növbəti qan gölünə qərq edəcək. Ermənistan üçün isə bu, dəhşətli ssenari olardı. Amma açığını deyim ki, Paşinyanın qisas almaq istədiyinə inanmıram. O, elə siyasətçiyə oxşamır. Meyillənmək - bəli, bu, onun xarakterindədir. Mənə elə gəlir ki, Qərb Ermənistanı nəzarətə götürsə, respublikanı müharibəyə sövq etmək onun maraqlarına uyğun olmayacaq. Onun əsas məqsədi Ermənistanda hava qüvvələri bazası əldə etmək və Cənubi Qafqaza nəzarət etməyə çalışmaqdır. Sonra isə o, Azərbaycanı, İranı, Türkiyəni hədələyəcək. O, bölgədəki mövcudluğunu güclü arqumentə çevirmək istəyəcək”, - Şahnazarov bildirib.