İsrail İrana hücum edəcəyi təqdirdə bütün bölgəni alova bürüyəcəyik və ilk hədəfimiz ABŞ-ın bölgədəki hərbi gəmiləri olacaq.
Axar.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Baş Qərargahının rəsmisi Əbdülrza Murad Hacəti deyib.
O, İranın "Fəttah" hipersəs raketlərini öyüb və onların hədəfə 10 kilometr qalan zaman sürətini 10 dəfə artırdığını iddia edib.