İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, o, növbəti cavabın daha sərt olacağını bildirib.
“İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”, - Pezeşkian qeyd edib.
Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90%-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.