İran silahlı qüvvələri İsrailə kütləvi hücum edərək, Dəmir Qübbə hava hücumundan müdafiə sisteminin şüşədən də kövrək olduğunu sübut etdi.
Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“İran silahlı qüvvələrinin dünən gecə keçirdiyi qürurlu əməliyyat sübut etdi ki, İsrailin çox təriflədiyi Dəmir Qübbəsi şüşədən daha kövrəkdir. İran müharibə istəmir, amma bundan qorxmur və ölkənin milli təhlükəsizliyini, şərəfini və nüfuzunu qorumaq üçün hər şeyi etməyə hazırdır”, - o bildirib.
Qeyd edək ki, İran 1 oktyabrda İsrailə kütləvi raket zərbələri endirib.