Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi Meksikanın paytaxtı Mexikoda məcburi eniş edib.
Axar.az xəbər verir ki, bu barədə Braziliya hökuməti məlumat yayıb.
“Prezident Luiz İnasio Lula da Silvanın və Braziliya nümayəndə heyətinin bir hissəsinin olduğu təyyarə texniki nasazlığın müəyyən edilməsindən sonra təhlükəsiz şəkildə Meksikaya eniş edib”, - məlumatda deyilib.
Uçuş izləmə xidmətlərinin məlumatına görə, Braziliya prezidentini daşıyan təyyarə 4 saat 58 dəqiqə Mexiko ştatının səmasında olub.