ABŞ-ın böyük münsiflər heyəti bir neçə iranlını Respublikaçılar Partiyasından prezidentliyə namizədin seçki qərargahını “sındırmaqda” ittiham edib.
Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, sentyabrın 26-da bir neçə nəfərə qarşı ittiham irəli sürülüb, onların adları və ittiham bəndləri açıqlanmayıb.