İsrail şimaldakı sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər Hizbullaha qarşı ağır zərbələr endirməyə davam edəcək.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş nazir Benyamin Netanyahu deyib.
“Siyasətimiz aydındır: Hizbullaha güclü zərbələr endirməyə davam edirik və bütün hədəflərimizə çatana qədər, öncəliklə şimaldakı sakinlərimizin qayıdışını təmin edənə kimi dayanmayacağıq”, - deyə baş nazir bildirib.