ABŞ Rusiya ilə əlaqələrin möhkəmləndirilməsində roluna görə Gürcü Arzusunun lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar hazırlayır.
Axar.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” ABŞ administrasiyasındakı mənbəyə istinadla məlumat yayıb.
“İvanişvilinin hərəkətləri Rusiyanın maraqlarını təşviq edir və Gürcüstanın AB və NATO-ya üzv olmaq istəklərini sarsıdır. Bizdə məlumat var ki, İvanişvili rus oliqarxlarla münasibətləri inkişaf etdirmək və Rusiyanın Gürcüstan bazarına çıxışını asanlaşdırmaq üçün addımlar atıb. Üstəlik, o, Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə hərəkət edib”, - mənbə bildirib.