Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya, Çin və İran vətəndaşları da daxil olmaqla 42 hüquqi və 6 fiziki şəxsə sanksiya tətbiq edib.
Axar.az xəbər verir ki, Ukrayna Rusiya, Çin, BƏƏ və İranda bir neçə nəqliyyat, istehsal və ticarət, habelə tikinti və investisiya şirkətlərinə məhdudiyyətlər qoyub.
Kiyev bu addımın atılmasına səbəb kimi Ukrayna müharibəsində bəzi şirkətlərin iştirakını qeyd edib.
Qeyd olunub ki, sanksiyalara əsasən, şəxslərin və şirkətlərin müxtəlif sahələrdə müqavilələrinə, ortaq layihə və proqramlarına xitam verilir.