İsrail Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Artıq bildirmişəm ki, şimal sakinlərini sağ-salamat evlərinə qaytaracağıq. Biz belə də edəcəyik", - Netanyahu qeyd edib.
Xatırladaq ki, İsrailin Livanın cənubuna hərbi əməliyyata hazırlaşdığı təsdiqlənib.