Almaniyada getdikcə daha çox insanın Alzheimer xəstəliyinə görə xəstəxanada müalicə olunmalı olduğu və xəstəlikdən ölənlərin sayının 20 ildə təxminən iki dəfə artdığı bildirilir.

 SİA xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi "21 Sentyabr Dünya Alzheimerlə Mübarizə Günü" münasibəti ilə Alzheimer xəstəliyindən həyatını itirənlərlə bağlı məlumatları açıqlayıb.

Keçən il təxminən 10 min 100 adam Alzheimer səbəbi ilə həyatını itirib. 2003-cü ildə sağalmaz xəstəlik səbəbindən 5100 nəfər dünyasını dəyişib. Beləliklə, ölkədə Alzheimer xəstəliyindən ölənlərin sayı 20 il ərzində təxminən iki dəfə artıb. Digər tərəfdən, 2003-cü ildə 11 min 800 adam Alzheimer xəstəliyindən stasionar müalicə alarkən, bu rəqəm 2022-ci ildə 19 min olaraq qeyd edilib. 2022-ci ildə xəstələrin demək olar ki, yarısının 75-85 yaş arasında, 28 faizinin isə 85 və yuxarı yaşda olduğu müəyyən edilib. Alzheimer üçün xəstəxanaya yerləşdirilənlərin yalnız 6 faizi 65 yaşdan kiçik olub. Xəstələrin yüzdə 58-nin qadın, yüzdə 42-nin isə kişi olduğu müəyyən edilib və Alzheimer müalicəsi üçün xəstəxanada qalma müddəti ortalama 20,2 gün olaraq hesablanıb.

Destatis mütəxəssislərinin fikrincə, xəstəliyə yoluxma riski yaş artdıqca artır. Destatisin sözlərinə görə, Alzheimer diaqnozu səbəbi ilə xəstəxanaya yerləşdirmə və ölüm hallarının artması əhalinin getdikcə qocalması ilə bağlıdır.

 

Almaniyada 2003-cü ildən bəri 65 və yuxarı yaşda olan insanların sayı 27 faiz artaraq 18,9 milyon nəfərə çatıb. Ölkədə 85 və yuxarı yaş qrupu keçən il 1,4 milyondan 2,9 milyona yüksələrək 110 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 55 milyondan çox Alzheimer xəstəsi olduğu halda, bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 139 milyona yüksələcəyi gözlənilir. Dünyada yaşlı əhalinin artması ilə böyük ölçüdə artan Alzheimer xəstəliyi haqqında məlumatlılığı artırmaq və bununla mübarizə aparanlara dəstək olmaq məqsədi ilə hər il sentyabrın 21-i “Dünya Alzheimer Günü” kimi qeyd olunur.

27 Noyabr 2024 Keçmiş futbolçu ölkə prezidenti olacaq - İvanişvili
27 Noyabr 2024 Trampı ölümlə hədələyən şəxs həbs olundu
27 Noyabr 2024 Rus ordusu Novaya İlinkanı da işğal etdi
27 Noyabr 2024 Kaliqula atını Senata təyin etdiyi kimi... - Saakaşvili
27 Noyabr 2024 Atəşkəsin detalları: ÇAXAL çıxır, Livan ordusu girir...
27 Noyabr 2024 Hizbullah atəşkəs imzaladı, HƏMAS da hazırdır!
27 Noyabr 2024 Paşinyan ad çəkdi, kütləvi istefa başladı
27 Noyabr 2024 Müharibə iştirakçıları qruplaşdırılmalıdır - Deputat
27 Noyabr 2024 Dekabrda yeni təkan olacaq - Zelenski
27 Noyabr 2024 Rusiya ordusu bu ərazidən geri çəkildi - Səbəb
27 Noyabr 2024 Ukrayna savaşı həm də belə bitəcək - Lemmi
27 Noyabr 2024 Daha bir HƏMAS komandiri məhv edildi
26 Noyabr 2024 Ukraynaya dəstək davam etməlidir - Miçotakis
26 Noyabr 2024 Bayraqdar: ABŞ-ın hədəfi Rusiya deyil, Türkiyədir!
26 Noyabr 2024 ABŞ-Rusiya müharibəsi hər an başlaya bilər - Kendall
26 Noyabr 2024 İsrailə növbəti cavabımız təəccübləndirəcək - Bagiri
26 Noyabr 2024 İsrail HHQ Beyruta növbəti zərbə endirdi
26 Noyabr 2024 İtaliya təklif verdi: Netanyahunun həbsi qərarı...
26 Noyabr 2024 İsrail-Hizbullah razılaşması bu tarixdə elan ediləcək!
26 Noyabr 2024 Narışkin: Bu ölkə Ukraynanın yolu ilə gedir
26 Noyabr 2024 Bayden Trampın andiçmə mərasiminə qatılacaq
26 Noyabr 2024 17 yaşlı təbrizli qız Xameneiyə görə həbs edildi
26 Noyabr 2024 Putin müraciət etdi: MDB-də bunun qarşısını alın!
26 Noyabr 2024 Medvedyev: Bu, Rusiyaya hücum aktı deməkdir
26 Noyabr 2024 “Cənub” ordusuna yeni komandan təyin edildi
26 Noyabr 2024 Ukrayna üçün bunu etməyəcəyik - Lemmi
26 Noyabr 2024 Şoyqu Əfqanıstanda: Taliblərlə görüşdü...
26 Noyabr 2024 Putin onların maaşını iki dəfədən çox artırdı
26 Noyabr 2024 Bunsuz müharibə bitməyəcək - Kiyev
26 Noyabr 2024 Ərdoğan: Onun üçün çəmbər daralır, cəsarətli qərardır