Rusiya hərbi cəhətdən yenilməzdir.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada səfərdə olan Almaniya kansleri Olaf Şoltsla görüşündə deyib.
“Fakt budur ki, Rusiya hərbi cəhətdən yenilməzdir. Müharibənin daha da genişlənməsi bütün bəşəriyyət və ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən bütün ölkələr üçün düzəlməz nəticələrə gətirib çıxaracaq”, - Tokayev bildirib.