Fransanın yeni hökuməti təxminən 10 ay işləyəcək, bundan sonra ölkəni yeni növbədənkənar parlament seçkiləri gözləyir.
Axar.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasında "Milli Birlik” parlament fraksiyasının lideri Marin Le Pen deyib.
"10 ay qalıb və mən inanıram ki, bu 10 aydan sonra yaz və ya payızda yeni parlament seçkiləri keçiriləcək. Ümid edək ki, bu səlahiyyət müddəti mümkün qədər qısa olacaq", - Le Pen bildirib.