Biz İranla eyni gəmidəyik və buna görə heç də peşman deyilik.
Axar.az xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən deyib.
O bildirib ki, hələ də həm sanksiyalara, həm də digər təzyiqlərə dözürük:
“Bizə ölkənizlə birgə fəaliyyət lazımdır. Biz çoxqütblü dünyaya doğru irəliləyirik. Bu, çox çətin yol olacaq... Biz isə öz yolumuzu ləyaqətlə getməyə hazırıq”.
Qeyd edək ki, Əhmədian 12 sentyabrda Moskvada Putinlə görüşmüşdü.