Türkiyənin 17 bölgəsində FETÖ-yə qarşı həyata keçirilən “Qısqaç-17” əməliyyatı çərçivəsində 39 şübhəli saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Məlumata görə, əməliyyat FETÖ-nün hərbi, təhlükəsizlik və maliyyə strukturlarını aşkarlamağa yönəlib.
Təşkilatın "Baylok" (ByLock) tətbiqinin istifadəçisi olduğu müəyyən edilən şəxslər çoxlu sayda rəqəmsal materialla birlikdə ələ keçirilib.