Türkiyədə üç nazir müavini vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sərəncam imzalayıb.
Bildirilib ki, milli müdafiə nazirinin müavini Camal Sami Tüfekçi vəzifəsindən azad olunub. Onun yerinə Musa Heybət təyin edilib.
Dövlət başçısının sərəncamı ilə təhsil nazirinin müavini Kamal Şamlıoğlunun yerinə Məhəmməd Bilal Məcid, səhiyyə nazir müavini Hüzeyfə Yılmazın əvəzinə isə Yasin Ayfər Ərkoç təyin olunub.