ABŞ Prezidenti Co Bayden Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə icazə verə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov “Rossiya-24”ün sualını cavablandırarkən deyib.
“Söhbətimiz zamanı qəfildən CNN, Foks Nyus və ya ABC telekanallarında ABŞ prezidentinin bu cür qərar qəbul etməsi ilə bağlı son xəbərlərin çıxacağını istisna etmirəm”, - Antonov vurğulayıb.