Ukrayna Rusiyanın mülki hədəflərə zərbələrinin qarşısını almaq üçün uzaqmənzilli silahlardan istifadə edə bilməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Kanadanın Baş naziri Castin Trüdo deyib.
O, Moskvanın NATO-nu münaqişəyə cəlb etmək təhdidlərinə baxmayaraq, Kanadanın bu məsələdə Ukraynanı tam dəstəklədiyini vurğulayıb.
Trüdo hesab edir ki, Ukrayna Rusiyanın işğalına qarşı mübarizədə qalib gəlməlidir, əks halda Rusiya qonşularını “udmağa” cəhd edəcək.