NATO ölkələri Ukraynanın Rusiya ərazisinin dərinliyinə zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə etməsinə icazə verərsə, Rusiya ilə birbaşa müharibəyə başlayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib.
“Əgər məhdudiyyətlərin götürülməsi ilə bağlı qərar həqiqətən qəbul olunarsa və ya veriləcəksə, bu o deməkdir ki, o andan etibarən NATO ölkələri Rusiya ilə birbaşa müharibəyə başlayacaq", - Nebenzya qeyd edib.