Meymunçiçəyinə qarşı ilk peyvənd sayılan MVA-BN peyvəndi Ümumdünya Səhiyyə Təşkilatından lisenziya alıb.
SİA xarici mətbuata istinadən xəbər verir ki, peyvənd 18 yaşdan yuxarı insanlara dörd həftə ara ilə iki dozada tətbiq oluna bilər. Skandinaviya şirkəti "Bavarian Nordic" tərəfindən istehsal edilən MVA-BN peyvəndi ÜST-nin ilkin kvalifikasiya siyahısına əlavə edilən ilk peyvənd olub. Peyvənd zəruri istifadə üçün təsdiq edilib. Qonşu ölkələrə və başqa yerlərə yayılan epidemiyanın episentri Konqo Demokratik Respublikasıdır. Ötən həftə Avropa İttifaqının göndərdiyi 200 min doza həmin ölkəyə çatdırılıb.
Qeyd edək ki, bu il ölkədə 19 mindən çox meymunçiçəyi xəstəliyi aşkarlanıb və 650-dən çox ölüm faktı qeydə alınıb.