ABŞ ballistik raketlərin hazırlanması ilə bağlı texnologiyanı Pakistana verdiyi üçün Çin qurumlarına sanksiyalar tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.
O qeyd edib ki, ballistik raketlərin və raketlə bağlı avadanlıqların, habelə tənzimlənən texnologiyaların yayılmasında iştirak edən beş quruma və bir fiziki şəxsə qarşı sanksiyalar tətbiq olunub.