Milli.Az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Rappel Conso" internet saytından açıqlama verilib.
Bildirilir ki, üzərində "Fenilalanin qaynağı ehtiva edir" ifadəsinin qeyd olunmadığı içkilər geri çağırılır.
"Fenilalanin" bədən tərəfindən istehsal oluna bilməyən, zülallar, neyrotransmitterlər, hormonlar və molekullar yaratmaq üçün orqanizmə lazım olan amin turşudur və əlavə olaraq qəbul edilə bilər. O, beynin daha funksional işləməsində mühüm rol oynayan norepinefrin və dopamin istehsalına kömək edir.
Tərkibində fenilalanin olan qidaların həddindən artıq istehlakı zamanı bəzi yan təsirlər və reaksiyalar baş verə bilər.