Rusiya Ukrayna münaqişəsi ilə bağlı heç bir ultimatumla razılaşmayacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Ukraynada hakimiyyətdə olanlar istənilən təmasda olan qadağaları bir kənara atmalıdır. Rusiya hansı formada təqdim olunmasından asılı olmayaraq ultimatumlara boyun əyməyəcək”, - o bildirib.