Türkiyə Krımın ilhaqını tanımır.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.
O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır:
“Bu, beynəlxalq hüququn tələbidir”.
Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir:
"Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".