Bəziləri düşünür ki, milli barışıq ABŞ-la danışıqlar aparmaq, Qərblə problemləri həll etmək deməkdir.
ABŞ-a qarşı yumşaq münasibətdən danışmaq belə qəbuledilməz və iyrəncdir.
Axar.az xəbər verir ki, bu sözləri SEPAH komandirinin müavini general Məhəmmədrza Nəqdi deyib.
“Bu gün İran hər zamankından daha sərt şəkildə ABŞ-a qarşı çıxmalıdır”, - Nəqdi bildirib.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian prezident seçkiləri zamanı ABŞ-la danışıqların və problemlərin həllinin tərəfdarı olduğunu bəyan etmişdi.