Rusiyanın Kursk vilayətində Ukrayna Müdafiə Qüvvələrinin əməliyyatı davam edir.
Ukrayna ordusu orada nə qədər uzun müddət mövqe tutsa, Rusiya lideri Vladimir Putin bir o qədər zəifləyir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili çıxış edib.
O bildirib ki, bu əməliyyat Rusiya Federasiyasının ön xətdə qüvvələrinin zəifliyini üzə çıxarıb və Ukraynanın gözlənilməz strateji zərbələr endirmək qabiliyyətini nümayiş etdirib:
"Bu, həmçinin Ukraynanı və onun şimal mərkəzlərini daha yaxşı müdafiə etməyə kömək edir, Rusiyanı ölümcül hücumlara başlaya biləcəyi ərazilərdən çıxarır. Hazırda Kursk vilayətində təxminən 900 kvadrat kilometr ərazi Ukrayna qüvvələrinin əlindədir”.
Qeyd edək ki, bundan öncə rus qüvvələrinin Kurskda əks-hücuma keçməsi və ukraynalıları bir sıra mövqelərdən çıxarması barədə məlumat yaymışdı.