Laçına dönüş hissini, sevincini sözlə ifadə etmək mümkün deyil.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Hüsniyə Hüseynova deyib.
28 yaşında tərk etdiyim Laçına 61 yaşımda həyat yoldaşım və qızımla qayıdıram", - deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.