2025-ci ilin mart ayına kimi İranda yaşayan 2 milyon qaçqn deportasiya ediləcək.
Axar.az xəbər verir ki, bunu İran polis qüvvələrinin komandanı Əhmədrza Radan deyib.
O, ölkədən çıxarılması planlaşdırılan qaçqınların İranda qanunsuz yaşadıqlarını iddia edib.
Xatırladaq ki, İran Daxili İşlər Nazirliyi də əfqanıstanlı qaçqınların ölkədən çıxarılmasının vacibliyini vurğulamışdı.