Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna konfliktində başlıca problemin nədən ibarət olduğunu açıqlayıb.
Axar.az-ın məlumatına görə, Rusiya XİN rəhbəri bildirib ki, bu situasiyada ərazi mübadiləsindən deyil, insanların hüquqlarından söhbət gedir.
“Əgər biz atəşkəs çağırışlarını müzakirə etsək və ərazi mübadiləsi haqqında düşünsək, bu, qeyri-ciddi olar”, - Lavrov bildirib.
O, problemin Ukraynada "qanunla tapdalanan" insanların hüquqları ilə bağlı olduğunu vurğulayıb.
Lavrov əlavə edib ki, siyasi məkanda Ukraynada nizamlanma təşəbbüsləri kontekstində insan haqlarından söhbət getmir.