Qəzzadakı girovların azad edilməsi və HƏMAS üzərində qələbə üçün mümkün olan hər şeyi edəcəyəm.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“Oğurlananları qaytarmaq və müharibədə qələbə çalmaq üçün hər şeyi edirəm. Mən əzizlərini itirənlərin, girovların ailələrinin fəryadını eşidirəm”, - deyə baş nazir bildirib.