ABŞ administrasiyası İsrail rəhbərliyinə çatdırıb ki, aviadaşıyıcıları İranın hərəkətlərini izləmək üçün həmişə bölgədə ola bilməyəcək.
Axar.az xəbər verir ki, bu barədə İsrailin 13-cü kanalı məlumat yayıb.
“İranın hücumu və regionda genişmiqyaslı müharibə riski ilə bağlı ABŞ bəyan edib ki, müəyyən mərhələdə eskalasiya dərəcəsi azaldılmalıdır, çünki aviadaşıyıcılar bölgə əbədi qala bilməyəcəklər”, - məlumatda qeyd olunub.
Kanalın məlumatına görə, ABŞ həmçinin İsrailin müdafiə naziri Yoav Qallantın Baş nazir Benyamin Netanyahu ilə münaqişəsinə baxmayaraq, vəzifədən azad edilməsinə də qarşı olduğunu bildirib.