Biz yalnız döyüşürük. Qərb ölkələri uzaqdan müşahidə edirlər.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 25-də səhər etdiyi çıxışında bildirib.
“İşğalçılar həm hərbi, həm də mülki obyektləri atəşə tuturlar. Onlar fərq qoymurlar. Onların məqsədi vətəndaşlara təzyiqdir”, - o söyləyib.
Dövlət başçısı həmçinin müharibə əleyhinə aksiya keçirən rusiyalılara çağırış edib:
“Etiraza çıxan bütün vətəndaşlara (Rusiya vətəndaşları) demək istəyirəm: biz sizi görürük. Bu o deməkdir ki, siz bizi eşitdiniz, bizə inanmağa başladınız. Bizim üçün mübarizə aparın, müharibə əleyhinə mübarizə aparın”.