Rusiyanın SWİFT maliyyə sistemindən çıxarılması üçün Britaniya müttəfiqləri ilə işləyir.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Rusiya iqtisadiyyatı dağılmayana, Ukraynanın suverenliyi və ərazi bütövlüyü bərpa olunmayana qədər biz sakitləşməyəcəyik. Sanksiylar Rusiyanın varlı elitası və Putinin ətrafı üçün dərhal ciddi nəticələrə səbəb olacaq”, - deyə nazir bildirib.