Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili onun müalicə üçün Kiyevə göndərilməsi təklifi ilə ölkə hakimiyyətinə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Saakaşvili Tiflisdə keçirilən növbəti məhkəmə iclasında bildirib.
"Bilirsiniz ki, həbsxanada aldığım xəsarətlər nəticəsində məndə ağır nevroloji vəziyyət yaranıb. Bu, təcili müalicə tələb edir. Sizə müraciət edirəm ki, Ukrayna XİN-in təklifi ilə razılaşın və mənim Ukraynaya tibbi transferimi həyata keçirin. Vəziyyət sabitləşənə qədər məhkəmə qərarını müvəqqəti təxirə salın. Mən Ukrayna vətəndaşıyam, Ukrayna Milli İslahatlar Şurasının hazırkı sədriyəm”, - o qeyd edib.