Rusiyada vicdanını itirməmiş hər kəs Ukrayna ilə müharibəyə etiraz etməlidir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına müraciətində deyib.
“Rusiya dövləti şər yolu ilə gedir. Ancaq rus xalqından çox şey asılıdır. Bu gün Rusiya vətəndaşları hansı yolu seçəcəyini özləri müəyyən edəcəklər. Rusiyada hələ də vicdanını itirməmiş hər kəsin çıxıb bu müharibəyə, Ukrayna ilə müharibəyə etiraz etmə vaxtıdır”, - Zelenski bildirib.
Zelenski, həmçinin, ukraynalıları Rusiyadan olan qohumları və dostları ilə əlaqə saxlamağa və baş verənlər barədə Rusiya televiziyasında göstərilməyən aktual məlumatları onlara çatdırmağa çağırıb.