12:05
Rusiya Prezidenti Vladimir Putinin 2 planı var idi:
Birincisi, Donbas və Luqansk vilayətlərini tam ələ keçirmək, ikincisi isə Ukraynanı parçalamaq. Təəssüf ki, Putin artıq hər iki planını reallaşdırmağa başlayıb.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Ukrayna-Rusiya muharibəsini şərh edərkən deyib.
E.Şahinoğlu bildirib ki, Qərb ölkələri Ukraynaya kifayət qədər dəstək vermir:
“Ukrayna təhlükə ilə üz-üzə qalıb. Silah-sursat verilir, amma bu, kifayət deyil. Ukraynaya real dəstək də lazımdır”.
Politoloqun fikrincə, Ukrayna parçalanana qədər Rusiya prezidenti dayanmayacaq:
“Putin bununla da kifayətlənməyəcək. Təhlükə başqa ölkələri də gözləyə bilər”.