Danimarka kraliçası II Marqrete koronavirusa yoluxub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə kral sarayının mətbuat xidməti bildirib.
Qeyd olunur ki, 81 yaşlı kraliçanın ötən gün verdiyi test müsbət nəticələnib. Onun xəstəliyi yüngül keçirdiyi bildirilir.
Bir neçə gün əvvəl kraliçanın nəvəsi şahzadə Kristian koronavirusa yoluxmuşdu.