Rusiyada yaşayan azərbaycanlı vəkil Elman Paşayev dostuna dələduzluq maddəsi ilə cinayət işinin açılması üçün polisə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Paşayev “RİA Novosti”yə açıqlamasında deyib.
“Bu, çoxdan olub, üç il əvvəl. Mən tanışıma qəbzlə bir milyon rubl və 8,6 min dollar borc vermişəm. Onun arvadı mənim baş mühasibim olub, özü vicdanlı, ləyaqətli, yüksək səviyyəli avtomobil təmiri ustası idi. O özünə avtoservis açmaq istəyirdi, həmin pullarla isə avadanlıqlar almağı planlaşdırırdı. İlyarım bu adam pullarımı qaytaracağını dedi, sonra isə yoxa çıxdı. İndiyə kimi yoxdur”, - Paşayev bildirib.