Tiflis məhkəməsi keçmiş prezident Mixail Saakaşvilinin həbsxanadakı görüntülərinin yayılmasına görə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinə kəsilmiş 2000 lari (təxminən 600 dollar) məbləğində cəriməni ləğv edib.
Axar.az xəbər verir ki, məhkəmə cərimə və Saakaşvili ilə bağlı bütün videoları silmək öhdəliyini ləğv etməklə Penitensiar Xidmətin şikayətini tamamilə təmin edib.
Qeyd edək ki, Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti keçmiş prezident Mixail Saakaşvilinin Rustavi həbsxanasından Tiflisdəki Qldansk türmə xəstəxanasına köçürülərkən görüntülərini yaymışdı.
Ötən ilin dekabrında Gürcüstanın Dövlət Müfəttiş Xidməti Saakaşvilinin görüntülərini yaydığı üçün Ədliyyə Nazirliyini 500, Xüsusi Penitensiar Xidməti isə 2000 lari məbləğində cərimələmişdi.