Rusiya və Belarus gələn ay birgə təlim keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Fevral ayında Rusiya ilə təlimlərə başlamağı planlaşdırırıq. Dəqiq tarixi müəyyənləşdirin və bizə göndərin ki, bizi müharibəyə hazırlaşırıq kimi gözlənilmədən qoşun toplamaqda günahlandırmasınlar”, - Lukaşenko nüdafiə naziri Viktor Xreninə tapşırıq verib.