Qazaxıstan parlamentinin aşağı palatasının (Məclis) deputatı, birinci Prezident Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva məzuniyyətə çıxıb.
Axar.az xəbər verir ki. bu barədə Zakon.kz məlumat yayıb.
Bildirilib ki, D.Nazarbayeva yanvarın sonuna qədər məzuniyyətdə olacaq. Buna səbəb koronavirus infeksiyasına yoluxmadan sonrakı reabilitasiyadır.
Qeyd edək ki, 12 yanvarda D.Nazarbayeva Məclisin iclasına qatılmamışdı. Buna səbəb kimi onun xəstə olduğu bildirilmişdi.