Unutmayın ki, Rusiya ilə Amerika arasında nifaq xətti olan Ukrayna ilə yanaşı, Tayvan problemi də var. Bu problem artıq ABŞ və Çin arasında nifaq məsələsidir. Burada sual yaranır: güzəştə getmək kimin üçün daha asandır? Bir çox xarici siyasi şərhçinin də dediyi kimi, Çin ABŞ-ın əsas rəqibi olaraq ortaya çıxıb. Rusiya ABŞ-ın düşmənləri siyahısında birinci yerin sahibi deyil.
Axar.az xəbər verir ki, bu fikirləri amerikalı politoloq Qriqori İoffe deyib.
“Moskva və Vaşinqton nəyəsə nail olublar, ən azı danışıqlardan imtina etmirlər. Təbii ki, Rusiyanın Ukraynanın NATO-ya daxil olmayacağına dair hüquqi təminat tələbləri yerinə yetirilməyəcək. Amma bunu sövdələşmə kimi başa düşmək olar. Belə bir fikir var ki, Moskvanın xeyrinə hansısa psixoloji dönüş əldə olunub. Amma təbii ki, bunu heç kim tanımır”, - amerikalı ekspert bildirib.