Ermənistan Prezidenti Armen Sərkisyan Dohaya işgüzar səfəri zamanı Qətər Əmiri Şeyx Təmim bin Həməd əs-Sani ilə görüşüb.
Axar.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin gücləndirilməsi və regional hadisələr kontekstində inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Qeyd edək ki, Ermənistan prezidenti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də səfər edib.
A.Sərkisyanın Qətər Əmirinin Türkiyəyə, Türkiyə lideri Ərdoğanın isə BƏƏ-yə səfəri ilə paralel “ziyarətləri” diqqət çəkib.