Həbsdən çıxdıqdan sonra Ukraynaya qayıdacağam.
Axar.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
“Səyahət edə bilən kimi, təbii ki, Kiyevə uçacağam. Amma həm Gürcüstana, həm də Ukraynaya kömək edəcəyəm. Eyni zamanda, mən islahatlarda onlara kömək etmək üçün Mərkəzi Asiya və Afrikanın bir neçə hökuməti tərəfindən dəvət almışam. Dünən kameramda gördüm ki, Qırğızıstanın baş naziri açıq şəkildə Saakaşvilinin islahatlarını tərifləyib və qrupumu Bişkekə dəvət edib”, - Saakaşvili bildirib.