Almaniya Bundestaqının bu gün keçirilən iclasında Olaf Şolts kansler seçilib.
O.Şoltsun namizədliyinə 395 deputat səs verib.
Sosial Demokrat Partiyasının namizədi olan O.Şolts Belvyu sarayında Prezident Valter Ştaynmayerlə görüşəcək. Bundan sonra o, parlamentə qayıdaraq and içəcək və səlahiyyətlərinin icrasına başlayacaq.