Banqladeşdə 2019-cu ildə bir universitet tələbəsini sosial şəbəkədəki paylaşımlarına görə döyərək öldürən 20 nəfər edam cəzasına məhkum edilib.
Axar.az xəbər verir ki, qətldə təqsirli bilinən 5 nəfərə isə ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, universitetin ikinci kurs tələbəsi Abrar Fahad 7 oktyabr 2019-cu ildə Hindistan və Banqladeş arasında imzalanan müqavilə ilə bağlı hökuməti və baş nazir Şeyx Hasinanı tənqid edən sosial media paylaşımları etdiyi üçün döyülərək öldürülüb.