Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili müalicə almaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
Saakaşvili qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.
M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini bildirib.