Rusiyadan gələn təhdidlərə baxmayaraq, iqtisadiyyatımız inkişaf etməkdə davam edir.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar çıxış edib.
"Türkiyə ilə mövcud əlaqələrimiz sayəsində müdafiə sənayesində potensialımız güclənir", - Bodnar vurğulayıb.
O qeyd edib ki, Ukrayna-Türkiyə münasibətləri təkcə hökumətlərarası razılaşmalarla deyil, həm də iş dünyası arasında qurulacaq təmaslar vasitəsilə daha da möhkəmlənəcək.