Koronavirus pandemiyası insanlar arasında sona çatır, o, “yeni sahibi”ni – heyvanları axtarır.
Axar.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçukov deyib.
“Virus təbiətdə yeni sahiblərini axtarır. Əgər onu öldürməyəcək heyvan tapsa, elə orada da qalacaq və yeni infeksiya ocağı yaranacaq”, - deyə ekspert bildirib.
Onun sözlərinə görə, pandemiyanın sona çatması üçün insanlar arasında 70 faizlik immun təbəqəsi formalaşmalıdır:
“ÜST sükanı ələ keçirməli və daha az vaksinasiya olanları peyvəndləməlidir. Peyvəndlənənlər 70-80 faiz olduqda, virus yeni "sığınacaq" tapacaq”.